...

Gəncədə 4 otaqlı evdə yanğın olub

Hadisə Materials 2 Avqust 2017 00:01 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhəri, Kəpəz rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 40 m2 və 2 otağın tavanı 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın saat 20:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti