...

Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirilib

Hadisə Materials 9 Avqust 2017 16:16 (UTC +04:00)
Balakəndə polis “Xaş-Xaş - 2017” adlı kompleks tədbirlər planına uyğun olaraq əməliyyat keçirib.
Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirilib

Bakı. Trend:

Balakəndə polis “Xaş-Xaş - 2017” adlı kompleks tədbirlər planına uyğun olaraq əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Balakən rayonunun Hənifə kəndində sakinlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

RPŞ rəhbərliyinin göstərişi ilə yaradılan qrup tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, Hənifə kənd sakini Vüqar Əhmədova məxsus evə və həyətyanı sahəyə baxış keçirilib. Həyətyanı sahədən ümumilikdə 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

V.Əhmədovun evinə baxış zamanı isə evin müxtəlif yerlərində gizlədərək saxlanılan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub.

Ekspertiza həmin narkotik vasitənin 3,5 kiloqram qurudulmuş marixuana olması barədə rəy verib.

Araşdırmalarla V.Əhmədovun həmin narkotik vasitəni satış məqsədi ilə saxladığı müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti