...

Mənzildə qadın meyiti tapılıb

Hadisə Materials 9 Avqust 2017 17:09 (UTC +04:00)
Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.
Mənzildə qadın meyiti tapılıb

Bakı. Trend:

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Hüseynova Elmira İsrafil qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:38-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti