...

Dənizdə batan 2 nəfər xilas edilib

Hadisə Materials 13 Avqust 2017 20:28 (UTC +04:00)
Dənizdə batan 2 nəfər xilas edilib
Dənizdə batan 2 nəfər xilas edilib

Bakı. Trend:

Dənizdə batan 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhəri, Corat qəsəbəsində 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:20-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti