...

Abşeronda KAMAZ "Chevrolet"ə çırpıldı: Yaralılar var

Cəmiyyət Materials 21 Avqust 2017 22:11 (UTC +04:00)
Abşeron rayonunda yol qəzası baş verib.
Abşeronda KAMAZ "Chevrolet"ə çırpıldı: Yaralılar var

Bakı. Samir Əli -Trend:

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

"99 GP 739" dövlət nömrə nişanlı "Chevrolet -AVEO" markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn KAMAZ markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində "Chevrolet-AVEO" markalı avtompbil aşaraq yolun kənarına çırpılıb. Minik maşınında olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb. Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti