...

Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb

Hadisə Materials 25 Avqust 2017 13:18 (UTC +04:00)
Səbail rayonu ərazisində bir nəfər piyadanın yolu keçərkən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 24-də saat 4 radələrində Səbail rayonu ərazisində bir nəfər piyadanın yolu keçərkən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Müəyyən edilməmiş avtomobilin vurduğu Şirvan şəhər sakini Fazil Hüseynov aldığı ağır bədən xəsarətindən elə hadisə yerində ölüb. Bu barədə Səbail RPİ-yə məlumat daxil olan kimi polis əməkdaşaları dərhal hadisə yerinə gəlib. Hadisəni törədən nəqliyyat vasitəsinin və onu idarə edən şəxsin müəyyən edilməsi üçün təxirəsalınmaz tədbirlərə başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.

Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin avtomobili Bakı şəhər sakini Teymur Hüseynovun idarə etdiyi müəyyən edilib. Keçirilən tədbirlərlə avtomobil sürücüü ilə birlikdə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti