...

FHN Gürcüstanda meşə yanğınlarının söndürülməsinə kömək üçün helikopter göndərib

Hadisə Materials 30 Avqust 2017 14:40 (UTC +04:00)
FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
FHN Gürcüstanda meşə yanğınlarının söndürülməsinə kömək üçün helikopter göndərib

Bakı. Trend:

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata görə, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

FHN-in Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 30-da havaya qalxıb və yaxın saatlarda qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti