...

Qubada ikimərtəbəli ev yanıb

Hadisə Materials 5 Sentyabr 2017 20:53 (UTC +04:00)
Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evdə yanğın olub.
Qubada ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Qubada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə, bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 1.5 ton ot bağlaması və ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti