...

Sabunçuda ölümlə nəticələnən qəza olub

Hadisə Materials 11 Sentyabr 2017 14:22 (UTC +04:00)
Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabunçuda ölümlə nəticələnən qəza olub

Bakı. Trend:

Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub.

Piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti