...

Avtomobilin gizli saxlanc yerlərində dərman vasitələri aşkarlanıb

Hadisə Materials 11 Sentyabr 2017 14:48 (UTC +04:00)
Gömrükçülər avtomobilin gizli saxlanc yerlərində dərman vasitələri aşkar ediblər.
Avtomobilin gizli saxlanc yerlərində dərman vasitələri aşkarlanıb

Bakı. Trend:

Gömrükçülər avtomobilin gizli saxlanc yerlərində dərman vasitələri aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Volksvagen Passat" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferindən hər birində14 həb olmaqla 50 konvalyut üzərində "Nebilet" yazısı olan və hər birində 14 həb olmaqla 207 konvalyut üzərində "Cytotec" yazısı olan dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti