...

İrandan heroin gətirən şəxs gömrükdə saxlanılıb

Hadisə Materials 12 Sentyabr 2017 09:48 (UTC +04:00)
İrandan gələn vətəndaşın daxili orqanında 77,393 qram heroin aşkar olunub.
İrandan heroin gətirən şəxs gömrükdə saxlanılıb

Bakı. Trend:

İrandan gələn vətəndaşın daxili orqanında 77,393 qram heroin aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti