...

Misirdə QƏZA - 15 yaralı

Hadisə Materials 12 Sentyabr 2017 10:47 (UTC +04:00)
Misirdə marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Misirdə QƏZA - 15 yaralı

Bakı. Trend:

Misirdə marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Beni-Suef əyalətində qeydə alınıb.

Son məlumata görə, marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində 15 yerli sakin yaralanıb.

Hazırda hadisə yerində təcili tibbi yardım çalışır.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti