...

Moskvada yenə təxliyə - Bu dəfə 3 məktəb

Hadisə Materials 14 Sentyabr 2017 13:48 (UTC +04:00)
Moskvada 3 orta məktəb təxliyə olunub
Moskvada yenə təxliyə - Bu dəfə 3 məktəb

Bakı. Trend:

Moskvada 3 orta məktəb təxliyə olunub. Trend-in məlumatına görə, buna məktəblərə bomba qoyulması ilə bağlı anonim zənglərin daxil olması səbəb olub.

Məktəblərdə dərhal təxliyə həyata keçirildikdən sonra axtarışlar aparılıb.

Qeyd edək ki, ötən gün Moskvada anonim təhdid zəngləri kütləvi şəkildə qeydə alınıb. Ümumilikdə 100-ə yaxın obyektə bomba qoyulduğu bildirilib. 50 mindən çox adam təxliyə edilib.

Zənglərin heç biri öz təsdiqini tapmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti