...

Biləsuvarda ağır yol qəzası - 4 nəfər ölüb

Hadisə Materials 20 Sentyabr 2017 09:33 (UTC +04:00)
Biləsuvarda ağır yol qəzası baş verib.
Biləsuvarda ağır yol qəzası - 4 nəfər ölüb

Bakı. Trend:

Biləsuvarda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin meyitini “Mercedes” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti