Bakı. Trend:
Xaçmaz rayonu, Çiləgir kəndində 15 ha sahədə biçilmiş taxıl sahəsi və 3 ha sahədə kol-kos, qurumuş ağac qalıqları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
XXX
20:19
Xaçmazdakı meşə yanğını söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında başlamış yanğın söndürülüb.