...

Hindistanda fişəng zavodunda yanğın - 8 ölü, 25 yaralı

Hadisə Materials 25 Sentyabr 2017 07:42 (UTC +04:00)
Hindistanın Carkxand ştatında Kumardubi kəndində fişəng istehsal edən zavodda yanğın baş verib, nəticədə 8 nəfər ölüb, daha 25 nəfər yaralanıb
Hindistanda fişəng zavodunda yanğın - 8 ölü, 25 yaralı

Bakı. Trend:

Hindistanın Carkxand ştatında Kumardubi kəndində fişəng istehsal edən zavodda yanğın baş verib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda "Hindustan Times" qəzeti öz Twitter səhifəsində bildirib.

Yanğın nəticəsində 8 nəfərin öldüyü, daha 25 nəfərin yaralandığı barədə məlumat verilib.

Hazırda hadisə yerində 5 yanğınsöndürən maşın, təcili tibbi yardım briqadalrı cəlb edilib,

Yanğının səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti