...

BP-nin Bakıdakı ofisi təxliyədən sonra işini adi rejimdə davam etdirir (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Sentyabr 2017 15:44 (UTC +04:00)
“BP Azərbaycan” şirkətinin ofisində iş prosesi adi rejimdə davam edir.
BP-nin Bakıdakı ofisi təxliyədən sonra işini adi rejimdə davam etdirir (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

“BP Azərbaycan” şirkətinin ofisində iş prosesi adi rejimdə davam edir.

Bunu Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, ofisin birinci mərtəbəsində baş vermiş qısaqapanma texniki qüsurlarla bağlı olub: “Elektrik sistemimizdə qüsurlar qeydə alınıb. Bu, ciddi olmasa da, daxili təhlükəsizlik qaydalarına əsasən səbəblər müəyyən edilənədək və qüsurlar aradan qaldırılanadək işçilərin təxliyəsini həyata keçirməli idik”.

T.Bayatlı qeyd edib ki, hazırda əməkdaşlar öz yerlərinə qayıdıb və iş prosesi davam edir.

X X X

Bakıda "BP Azərbaycan" şirkətinin ofisində tüstülənmə olub.

Trend-in məlumatına görə, hadisə şirkətin paytaxtın Neftçilər prospekti, 153 ünvanında yerləşən ofisində baş verib.

Şirkətin binasının birinci mərtəbəsindəki idman zalında naqillərdə qısaqapanma olub. Qısaqapanma ilə əlaqədar şirkətin binada olan bütün işçiləri təxliyə edilib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası cəlb edilib və qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.

BP şirkətindən Trend-ə bildiriblər ki, hadisənin qarşısı tam alınıb və naqillərdəki problem aradan qaldırılıb. Hazırda binada iş davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti