...

Sumqayıtda minik avtomobili yanıb

Hadisə Materials 25 Sentyabr 2017 17:52 (UTC +04:00)
Sumqayıt şəhərində yanğın olub.
Sumqayıtda minik avtomobili yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sahəsi 72 kv.m olan köməkçi tikilinin içərisində 50 kv.m sahəyə yığılmış avtomobil ehtiyat hissələri və “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti