...

FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 27 Sentyabr 2017 03:19 (UTC +04:00)
İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub
FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölmüş, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti