...

3 ay əvvəl qəzada ölən qadının şəxsiyyəti müəyyənləşdirilir - FOTO

Hadisə Materials 27 Sentyabr 2017 17:06 (UTC +04:00)
Bakıda 3 ay əvvəl qəzada ölən qadının şəxsiyyəti müəyyənləşdirilir.
3 ay əvvəl qəzada ölən qadının şəxsiyyəti müəyyənləşdirilir - FOTO

Bakı. Trend:

Bakıda 3 ay əvvəl qəzada ölən qadının şəxsiyyəti müəyyənləşdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 39-42 yaşlarında qadın 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra xəstəxanada ölüb.

Şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahizarov Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.

Həmin qadının xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti