...

Bərdədə yük maşını ilə minik avtomobili toqquşub - Sürücü ölüb

Hadisə Materials 4 Oktyabr 2017 16:01 (UTC +04:00)
Bərdədə baş verən qəzada ölən sürücünün meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Bərdədə yük maşını ilə minik avtomobili toqquşub - Sürücü ölüb

Bakı. Trend:

Bərdədə baş verən qəzada ölən sürücünün meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Boyəhmədli kəndi ərazisində “QAZ“ markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.

Minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Şükürov Ravi Bayram oğlunun meyiti FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti