...

Bakı-Quba yolunda qəza sürücünün ölümü ilə nəticələndi

Hadisə Materials 11 Oktyabr 2017 08:43 (UTC +04:00)
Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.
Bakı-Quba yolunda qəza sürücünün ölümü ilə nəticələndi

Bakı. Trend:

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yolun 32-ci kilometrliyində “SHACMAN“ markalı yük avtomobili yolda idarəetməni itirərək dəmir çəpərə çırpılaraq aşıb.

Yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Bakı-Quba yolunda qəza sürücünün ölümü ilə nəticələndi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti