...

Sumqayıtda mənzildən meyit tapılıb - evdəki yataq xəstəsi xilas edilib

Hadisə Materials 2 Noyabr 2017 13:01 (UTC +04:00)
Sumqayıtda mənzildən meyit tapılıb.
Sumqayıtda mənzildən meyit tapılıb - evdəki yataq xəstəsi xilas edilib

Bakı. Trend:

Sumqayıtda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzin xilasediciləri mənzilin qapısının açılmasını təmin ediblər. Mənzilə baxış zamanı 1950-ci il təvəllüdlü Çeşmə Əbilovanın meyiti və yataq xəstəsi olan 1 nəfər vətəndaş aşkar olunub. Köməksiz vəziyyətdə qalmış vətəndaşa müvafiq köməklik göstərilib.

Ç.Əbilovanın meyiti aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti