...

Bakıda biznes mərkəzindəki yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 10 Noyabr 2017 13:59 (UTC +04:00)
Nərimanov rayonunda yerləşən “Afen Plaza" biznes mərkəzində baş vermiş yanğın tam söndürülüb.
Bakıda biznes mərkəzindəki yanğın söndürülüb (YENİLƏNİB)

İlk xəbər saat 12:34-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bakının Nərimanov rayonunda yerləşən “AFEN Plaza" biznes mərkəzində baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

X X X

12:34

Bakının Nərimanov rayonu ərazisində biznes mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən "AFEN Plaza"da baş verib.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın lokallaşdırılsa da, hələ tam söndürülməyib.

Nazirlikdən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti