...

Ermənistan ordusunun zabiti xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyüldü

Hadisə Materials 10 Noyabr 2017 15:31 (UTC +04:00)
İşğalçı Ermənistan ordusunun zabiti xüsusi amansızlıqla döyülüb.
Ermənistan ordusunun zabiti xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyüldü

Bakı. Samir Əli - Trend:

İşğalçı Ermənistan ordusunun zabiti xüsusi amansızlıqla döyülüb.

Trend-in məlumatına görə, hadisə Azərbaycanın işğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrdən birində qeydə alınıb.

Ermənistan ordusunun alayının zabiti, kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti