...

Bakıda 3 bitişik evdə baş verən yanğın söndürülüb

Hadisə Materials 11 Noyabr 2017 17:51 (UTC +04:00)
Bakıda 3 bitişik evdə baş vermiş yanğın söndürülüb.
Bakıda 3 bitişik evdə baş verən yanğın söndürülüb

Bakı. Trend:

Bakıda 3 bitişik evdə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda bir-birinə bitişik, arakəsmələri taxtadan ibarət ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 30 kv.m, ümumi sahəsi 78 kv.m olan ikimərətəbli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m və ümumi sahəsi 125 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m (ümumi 90 kv.m) sahədə yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 170 kv.m olan 2 mərtəbəli 6 otaqlı evdə 2 ədəd plastik pəncərə əriyib. Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti