...

Kürdəmirdə itkin düşən şəxs tapılıb

Hadisə Materials 18 Noyabr 2017 13:14 (UTC +04:00)
28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb.
Kürdəmirdə itkin düşən şəxs tapılıb

Bakı. Trend:

Kürdəmirdə itkin düşən şəxs tapılıb.

DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müarciət edib.

Polis əməkdaşlarınıntəxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsindəolduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti