...

Cocuq Mərcanlıda 2 ədəd partlamamış hərbi sursat tapılıb (FOTO)

Hadisə Materials 23 Noyabr 2017 02:37 (UTC +04:00)
Cocuq Mərcanlıda gün ərzində 2 ədəd partlamamış hərbi sursat və 1 ədəd piyada əleyhinə min tapılıb
Cocuq Mərcanlıda 2 ədəd partlamamış hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 29 300 kv.m (2.93 ha) ərazi tam təmizlənib, 7 500 kv.m (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 36 800 kv.m (3.68 ha)), 2 ədəd partlamamış hərbi sursat (RQ-42) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüşdür.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ƏƏməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

6 gün ərzində 5 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 104 800 kv.m (10.48 ha) ərazi tam təmizlənib, 32 400 kv.m (3.24 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıbdır. (Cəmi: 137 200 kv.m (13.72 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti