...

Bakıda narkotik yetişdirən polis mayoruna hökm oxundu

Hadisə Materials 27 Noyabr 2017 16:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik bitkilərin yetişdirilməsiində təqsirləndirilən polis mayoru İlqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda narkotik yetişdirən polis mayoruna hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik bitkilərin yetişdirilməsində təqsirləndirilən polis mayoru İlqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Rzayev 5 il azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Rzayev Bakının Xəzər rayonu, Qala qəsəbəsində özünə məxsus bağ evinin həyətində 50 ədəd çətənə kolunu qanunsuz olaraq yetişdirib.

Ona Cinayət Məcəlləsinin 237.2.3 (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti