...

Sumqayıtda ev yanıb - 14 sakin təxliyə olunub

Hadisə Materials 30 Noyabr 2017 10:32 (UTC +04:00)
Sumqayıt şəhərində 4 otaqlı evdə yanğın olub.
Sumqayıtda ev yanıb - 14 sakin təxliyə olunub

Bakı. Trend:

Sumqayıt şəhərində 4 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 kv.m sahədə və divar kağızı 4 kv.m sahədə yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti