...

Avtomobildə gizlədilən 15 ədəd mobil telefon aşkarlanıb

Hadisə Materials 2 Dekabr 2017 12:59 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Avtomobildə gizlədilən 15 ədəd mobil telefon aşkarlanıb

Bakı. Trend:

Avtomobildə gizlədilən 15 ədəd mobil telefon aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin tarpedasının içərisindən gömrük nəzarətindən gizlədilən 15 ədəd "Mezui X-BO" mobil telefonları və 10 ədəd telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti