...

Səbaildə mənzildə qadın meyiti tapılıb

Hadisə Materials 2 Dekabr 2017 15:08 (UTC +04:00)
Səbail rayonunda mənzillərdən birində 73 yaşlı qadın meyiti tapılıb.
Səbaildə mənzildə qadın meyiti tapılıb

Bakı. Trend:

Səbail rayonunda mənzillərdən birində 73 yaşlı qadın meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1944-cü il təvəllüdlü Teymurova Sədaqət İsrail qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti