...

Çindən gətirilən 19 ton uşaq oyuncağı müsadirə edildi - SƏBƏB?

Hadisə Materials 5 Dekabr 2017 12:29 (UTC +04:00)
Türkiyədə Çindən gətirilən 19 ton uşaq oyuncağı İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində müsadirə edilib.
Çindən gətirilən 19 ton uşaq oyuncağı müsadirə edildi - SƏBƏB?

Bakı. Trend:

Türkiyədə Çindən gətirilən 19 ton uşaq oyuncağı İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində müsadirə edilib.

Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, oyuncaqların xüsusi laboratoriya şəraitində yoxlanılması nəticəsində idxal edilən bir çox oyuncaqlarda ağır metallar və kanserogen maddələr aşkar edilib.

Laboratoriya şəraitində aparılan yoxlama nəticəsində o da bəlli olub ki, oyuncaqların rənglədilməsində istifadə olunan boya dəri və gön məmulatlarının rənglədilməsində istifadə olunur.

Bildirilir ki, ölkəyə idxal edilən oyuncaqlar qapalı şəraitdə yandırılaraq məhv ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti