...

Mingəçevirdə çörək sexinin sahibini döyən şəxslər saxlanılıb

Hadisə Materials 5 Dekabr 2017 16:38 (UTC +04:00)
Faktla bağlı Mingəçevir ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Mingəçevirdə çörək sexinin sahibini döyən şəxslər saxlanılıb

Bakı. Trend:

Mingəçevirdə çörək sexinin sahibini döyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, dekabrın 1-də Mingəçevir Mərkəzi xəstəxanasından şəhər sakini Elşən Əliyevin müxtəlif bədən xəsarətləri ilə daxil olması barədə ŞPŞ-yə məlumat verilib. Polis əməkdaşları araşdırmalar apararkən E.Əliyev izahatında özünə məxsus çörək sexinin qarşısında dayanarkən bir qrup şəxsin hücumuna məruz qaldığını, nəticədə xuliqanlıq zəminində döyüldüyünü bildirib.

Məlumatın yoxlanması məqsədi ilə polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində fakt öz təsdiqini tapıb və hadisəni törədənlərin şəhər sakinləri Emin və Elmir Cəfərov qardaşları, Eltac Mahmudov, Müğdət Səmədli, Zülfüqar Ramazanov və Tunar Əlizadə olduğu müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti