...

"Sadıxlı" postunda xeyli sayda pirotexniki vasitə müsadirə olunub (FOTO)

Hadisə Materials 7 Dekabr 2017 10:20 (UTC +04:00)
Gürcüstandan gələn avtomobildə 576 ədəd fişəng və 160 qutu pirotexniki vasitə aşkar edilib.
"Sadıxlı" postunda xeyli sayda pirotexniki vasitə müsadirə olunub (FOTO)

Bakı. Trend:

Gürcüstandan gələn avtomobildə 576 ədəd fişəng və 160 qutu pirotexniki vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana "Mersedes-Benz 300 D" markalı avtomobillə gələn Gürcüstan vətəndaşı ilə idarə etdiyi avtomobildə və ya üzərində gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli olan hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.

Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, keçirilən gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisindən və alt hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən üzərində gürcü əlifbası ilə yazılar olan 576 ədəd fişəng və 160 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti