...

Rusiyada anonim zənglərdən birinin sahibi 16 yaşlı qız çıxdı

Hadisə Materials 8 Dekabr 2017 17:55 (UTC +04:00)
Rusiyanın Voronej vilayətində məktəblərin birinə bomba qoyulması barədə zəng etmiş 16 yaşlı məktəbli qız məhkəmə qərarı ilə 100 saatlıq icbari işlərə məhkum edilib
Rusiyada anonim zənglərdən birinin sahibi 16 yaşlı qız çıxdı

Bakı. Trend:

Rusiyanın Voronej vilayətində məktəblərin birinə bomba qoyulması barədə zəng etmiş 16 yaşlı məktəbli qız məhkəmə qərarı ilə 100 saatlıq icbari işlərə məhkum edilib.

Trend-in məlumatına görə, həmin qız bu ilin may ayında öz mobil telefonu ilə növbətçi hissəyə zəng etmişdi.

Nəticədə, aparılan axtarışlarla əlaqədar məktəbdən mindən çox adam təxliyə olunmuşdu.

Bomba təhdidi təsdiqini tapmadıqdan sonra gənc qız barəsində “terror aktı barədə yanlış məlumat vermə” maddəsi ilə cinayət işi açılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti