...

Qaradağda köməksiz qalan 4 nəfər xilas edilib

Hadisə Materials 9 Dekabr 2017 17:39 (UTC +04:00)
Qaradağda köməksiz qalan 4 nəfər xilas edilib.
Qaradağda köməksiz qalan 4 nəfər xilas edilib

Bakı. Trend:

Qaradağda köməksiz qalan 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 4 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısının açılmasını təmin ediblər. Mənzildə halsız vəziyyətdə aşkarlanmış 1 nəfər və gərgin psixoloji vəziyyətdə olan 3 nəfər azyaşlı aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti