...

Mingəçevirdə yaşayış binasında yanğın: 5 nəfər xilas edilib, 37 - təxliyə olunub

Hadisə Materials 12 Dekabr 2017 02:47 (UTC +04:00)
Mingəçevir şəhərində yanğın hadisəsi olub.
Mingəçevirdə yaşayış binasında yanğın: 5 nəfər xilas edilib, 37 - təxliyə olunub

Bakı. Trend:

Mingəçevir şəhərində yanğın hadisəsi olub.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, çoxmərtəbəli yaşayış binasının şaxtasında 30 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənən 5 nəfər xilas edilib və 37 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti