...

Afinada Səudiyyə Ərəbistanı səfirliyinə hücum olub

Hadisə Materials 14 Dekabr 2017 16:02 (UTC +04:00)
Yunanıstanın paytaxtı Afinada Səudiyyə Ərəbistanı səfirliyinə hücum olub.
Afinada Səudiyyə Ərəbistanı səfirliyinə hücum olub

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada Səudiyyə Ərəbistanı səfirliyinə hücum olub.

Trend-in məlumatına görə, hücumu anarxistlər Yəmənin ər-Riyad tərəfindən bombalanmasına etiraz olaraq törədiblər.

Səhər saatlarında səfirliyə yaxınlaşan bir qrup mühafizə köşkünü dağıdıb və səfirlik binasına müxtəlif əşyalar atıb.

Etirazçılar Səudiyyə Ərəbistanında hökm sürən feodal qanunlara və bu qanunların bütün dünyaya yayılması cəhdlərinə qarşı etiraz etdiklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti