...

Bakıda qadınların çantasını soyğunçuluq edərək ələ keçirən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 15 Dekabr 2017 15:34 (UTC +04:00)
Xətai rayonu ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.
Bakıda qadınların çantasını soyğunçuluq edərək ələ keçirən şəxs saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Xətai rayonu ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxt sakini olan bir qadın naməlum şəxsin onun içərisində pul, təqaüd kartı və digər əşyaları olan çantasını əlindən alıb qaçdığı barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən Yardımlı rayon sakini Orxan Nuriyev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü aşılıb. Belə ki, araşdırmalarla müəyyən edilib ki, O.Nuriyev noyabrın 17-də Xətai rayonu ərazisində başqa bir qadının da içərisində 230 manat olan çantasını soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Qeyd edək ki, bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti