...

Kanadalı milyarder evində ölü tapıldı

Hadisə Materials 16 Dekabr 2017 05:57 (UTC +04:00)
Kanadalı milyarder, Apotex əczaçılıq şirkətinin təsisçisi Barri Şerman və həyat yoldaşı Hani Toronto şəhərindəki evlərində ölü tapılıb
Kanadalı milyarder evində ölü tapıldı

Bakı. Trend:

Kanadalı milyarder, Apotex əczaçılıq şirkətinin təsisçisi Barri Şerman və həyat yoldaşı Hani Toronto şəhərindəki evlərində ölü tapılıb. Onların ölümü haqqında məlumat şirkət tərəfindən təsdiqlənib.

Trend-in CBC-yə istinadən verdiyi məlumata görə, Toronto polisi hadisəni müammalı sayır.

Ölümün səbələri barədə məlumat verilmir.

Şerman Apotex şirkətini 1974-cü ildə qurub. Şirkətin məhsulu 115-dən çox ölkəyə ixrac edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti