Bakı. Trend:
Abşeronda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 30 m2 olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı tövlənin içərisində olan 9 baş xırdabuynuzlu heyvan tələf olmuşdur.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.