...

Gömrükdə xeyli sayda pirotexniki vasitə müsadirə olunub (FOTO)

Hadisə Materials 22 Dekabr 2017 10:56 (UTC +04:00)
Gömrükdə xeyli sayda pirotexniki vasitə müsadirə olunub.
Gömrükdə xeyli sayda pirotexniki vasitə müsadirə olunub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Gömrükdə xeyli sayda pirotexniki vasitə müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetin olub-olmadığı barədə sorğu-sual edilib. Vətəndaş cavabında idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı həmin avtomobilin sağ və sol ön "qanadlarının" arxasında, avtomobilin salonunda isə qapı örtüklərinin arxasında cəmi 90 qutu və ayrıca 10 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti