...

FHN: Gəncədəki yanğında 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Hadisə Materials 22 Dekabr 2017 17:11 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədəki yanğınla bağlı məlumat yayıb.
FHN: Gəncədəki yanğında 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədəki yanğınla bağlı məlumat yayıb.

Trend FHN-nin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə, ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun yanmış meyiti aşkar edilib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti