Bakı. Trend:
Abşeron rayonunda evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Hökməli qəsəbəsində ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.