...

Aptek qarət edən paytaxt sakini saxlanılıb

Hadisə Materials 26 Dekabr 2017 14:19 (UTC +04:00)
Şağan qəsəbəsindəki apteklərin birindən oğurluqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılıb.
Aptek qarət edən paytaxt sakini saxlanılıb

Bakı. Trend:

Şağan qəsəbəsindəki apteklərin birindən oğurluqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 24-dək olan müddətdə Şağan qəsəbəsindəki apteklərin birindən 602 manat, məişət əşyaları və dərman preparatları oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Kərimov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti