Bakı. Trend:
Almaniyanın Qərbi Qazaxıstandakı fəxri konsulu Piter Kriger Atırau şəhərində mənzilində ölü tapılıb.
Trend-in məlumatına görə, 54 yaşlı diplomatın ölümü ilə bağlı araşdırma aparılır.
Qeyd olunur ki, ilkin baxış nəticəsində fəxri konsulun bədənində zorakılıq izləri aşkar edilməyib.
Aparılan ekspertizadan sonra P.Krigerin ölüm səbəbi məlum olacaq.