...

FHN itkin düşən alpinistlərin axtarışlarına başladı

Hadisə Materials 27 Dekabr 2017 09:50 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Quba rayonunda itkin düşən alpinistlərin axtarışına başlayıb.
FHN itkin düşən alpinistlərin axtarışlarına başladı

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda itkin düşən alpinistlərin axtarışına başlayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.

FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti