...

Göygöl sakinini qətlə yetirən keçmiş məhkum saxlanılıb

Hadisə Materials 27 Dekabr 2017 13:02 (UTC +04:00)
Göygöl rayon sakini Qəzənfər Musayevi qətlə yetirməkdə şübhəli bilinən Seymur Muradov saxlanılıb.
Göygöl sakinini qətlə yetirən keçmiş məhkum saxlanılıb

Bakı. Samir Əli - Trend:

Göygöl rayon sakini Qəzənfər Musayevi qətlə yetirməkdə şübhəli bilinən Seymur Muradov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 26-da Göygöl rayon sakini Q.Musayev yaşadığı evin yaxınlığından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradov saxlanılaraq istintaqa təhvil verilb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti