Bakı. Samir Əli - Trend:
Göyçay rayonunda məktəbli oğlanı avtomobil vurub.
Trend-in məlumatına görə, hadisə rayonun Qarabaqqal kəndi ərazisində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü Bəşirov Qüdrət Ədalət oğlunu yolu keçərkən avtomobil vurub. Q.Bəşirov xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.
Məlumata görə, Q.Bəşirov Qarabaqqal kənd orta məktəbinin 8-ci sinif şagirdidir və o, dərsdən gələrkən avtomobillə vurulub.